Baş Prokurorluq "Fakt Araşdırıcı-N" MMC-nin əməkdaşlarının qanunsuz əməlləri barədə məlumat yayıb

Baş Prokurorluq "Fakt Araşdırıcı-N" MMC-nin əməkdaşlarının qanunsuz əməlləri barədə məlumat yayıb Belə hallarla qarşılaşan vətəndaşlar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermə bilərlər
Hadisə
6 Oktyabr , 2015 16:36
Baş Prokurorluq Fakt Araşdırıcı-N MMC-nin əməkdaşlarının qanunsuz əməlləri barədə məlumat yayıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Fakt Araşdırıcı-N" MMC-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Araşdırmalar zamanı cəmiyyətin 3 əməkdaşı tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə sentyabrın 22-də paytaxtın Yasamal rayonu ərazisində yerləşən mağazada yoxlama apararaq istifadə müddəti bitən ərzaq məhsulu satışına görə mağaza sahibini külli miqdarda cərimə etməmək və bu barədə aidiyyəti təşkilatlara məlumat verməmək müqabilində təmsil etdikləri cəmiyyətlə müqavilə bağlayıb qanunsuz ödəniş etdirməklə vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Belə hallarla qarşılaşan vətəndaşlardan bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi