İmişli sakini qəza törədib, sürücü ağır yaralanıb

İmişli sakini qəza törədib, sürücü ağır yaralanıb Cəlal Cavadbəylinin vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib
Hadisə
24 May , 2016 21:43
İmişli sakini qəza törədib, sürücü ağır yaralanıb

Bakı. 24 may. REPORT.AZ/ İmişlidə sürücünün ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında İmişli-Kürdəmir avtomobil yolunda Kökəltmə adlanan ərazidə qeydə alınıb.

Belə ki, 24 yaşlı C.C ilkin məlumata görə, “Hundai Sonata” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Nəticədə sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırıldıqdan sonra ona ilk tibbi yardım göstərilib. Lakin onun vəziyyəti ağır olduğundan paytaxt Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi