Ermənilərin atəşkəsi pozması nəticəsində ATV-nin operatoru yaralanıb - FOTO

Ermənilərin atəşkəsi pozması nəticəsində ATV-nin operatoru yaralanıb - FOTO Vicay Vəliyev qəlpə yarası alıb
Hadisə
26 Aprel , 2016 09:28
Ermənilərin atəşkəsi pozması nəticəsində ATV-nin operatoru yaralanıb - FOTO

Bakı. 26 aprel. REPORT.AZ/ Ötən gecə erməni hərbi birləşmələri cəbhə xəttində növbəti dəfə təxribatlar yaradaraq atəşkəs rejimini pozub.

"Report"un məlumatına görə, atışma zamanı ərazidə reportaj hazırlayan Azad Azərbaycan Televiziyasının (ATV) Qarabağ bürosunun operatoru Vicay Vəliyev qəlpə yarası alıb.

Belə ki, cəbhənin Tərtər rayonu Qarağacı kəndi istiqamətində erməni hərbi birləşmələrinin atdığı mərmi partlayıb və qəlpələrdən biri onun ayağına dəyib. 

Yaralı dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan "Report"a bildirilib ki, yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicəyə göndərilib. 

Son xəbərlər

Orphus sistemi