Azərbaycanda ər arvadını bıçaqlayıb - VİDEO

Azərbaycanda ər arvadını bıçaqlayıb - VİDEO Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Avqust , 2015 17:44
Azərbaycanda ər arvadını bıçaqlayıb - VİDEO

Bakı. 26 avqust. REPORT.AZ/ Astarada bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Çayoba kəndində ailə münaqişəsi zəminində qeydə alınıb. 

Belə ki, Lənkəranın Bürcəli kənd sakini Nurəddin Nuriyev həyat yoldaşı, Lənkəran sakini, 47 yaşlı Heyran Əliyevanı bıçaqlayıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, H.Əliyevaya 5 bıçaq zərbəsi vurulub. Xəstə sinə, böyrək və qol nahiyəsində kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə əməliyyat edilib, vəziyyəti ağır olaraq qalır. 

Qeyd edək ki, H.Əliyeva N.Nuriyevin ikinci həyat yoldaşı olub və 4 il öncə ailə həyatı qurublar.

Hadisədən sonra N.Nuriyevin qaçdığı bildirilir. Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır və N.Nuriyevin istintaqa cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi