Emin Millinin qaynının məhkəməsi keçirilib

Emin Millinin qaynının məhkəməsi keçirilib Məhkəmənin növbəti iclası yanvarın 21-nə təyin edilib
Hadisə
14 Yanvar , 2016 13:18
Emin Millinin qaynının məhkəməsi keçirilib
Report.az

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

"Report"un xəbərinə görə, prosesdə N.Ağabəyov ifadə verib. O, özünü təqsirli bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası yanvarın 21-nə təyin edilib

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi