Emin Millinin qaynının məhkəməsi təxirə salınıb

Emin Millinin qaynının məhkəməsi təxirə salınıb Şahidlər prosesə gəlməyib
Hadisə
19 Fevral , 2016 12:33
Emin Millinin qaynının məhkəməsi təxirə salınıb

Bakı. 19 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəməsi təxirə salınıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan prosesin salınmasına səbəb şahidlərin iclasa gəlməməsi olub.

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi