Emin Millinin qaynının məhkəməsi keçirilib

Emin Millinin qaynının məhkəməsi keçirilib Məhkəmənin baxış iclası dekabrın 28-nə təyin edilib
Hadisə
24 Dekabr , 2015 17:46
Emin Millinin qaynının məhkəməsi keçirilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ötən proses müdafiəçi Adil İsmayılovun verdiyi vəsatət təmin olunmayıb.

Məhkəmənin baxış iclası dekabrın 28-nə təyin edilib

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov məşhur rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi