Emin Millinin qaynının məhkəmə istintaqı yekunlaşıb

Emin Millinin qaynının məhkəmə istintaqı yekunlaşıb Dövlət ittihamçısı çıxış etmək üçün vaxt istəyib
Hadisə
11 Aprel , 2016 12:11
Emin Millinin qaynının məhkəmə istintaqı yekunlaşıb

Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış etmək üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 14-də davam etdiriləcək.

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi