Elşad Hacıyev: Bu il narkotiklə bağlı 3585 fakt aşkarlanıb, 1589 nəfər məsuliyyətə cəlb olunub

Elşad Hacıyev: Bu il narkotiklə bağlı 3585 fakt aşkarlanıb, 1589 nəfər məsuliyyətə cəlb olunub Son dörd ayda narkotiklə bağlı 3585 fakt aşkarlanıb, bu ilin ilk üç ayı ərzində 1589 nəfər məsuliyyətə cəlb olunub.
Hadisə
3 May , 2024 13:15
Elşad Hacıyev: Bu il narkotiklə bağlı 3585 fakt aşkarlanıb, 1589 nəfər məsuliyyətə cəlb olunub

Son dörd ayda narkotiklə bağlı 3585 fakt aşkarlanıb, bu ilin ilk üç ayı ərzində 1589 nəfər məsuliyyətə cəlb olunub.

"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev “İctimai proseslər media müstəvisində” mövzusunda forumun "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə" adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, cari ilin dörd ayı ərzində polis tərəfindən 304 kiloqramı heroin olmaqla ümumi 1 ton 581 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

E.Hacıyev həmçinin ötə ilin statistikasını da açıqlayıb:

"2023-cü il ərzində ümumi çəkisi 4 ton 464 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bunlardan 2 ton 727 kiloqramı marixuana, 1 ton 308 kiloqramı heroin olub. Bundan başqa, 385 kiloqram psixotrop maddə olan metamfetamin dövriyyədən çıxarılıb. Ötən il ərzində narkotiklərlə əlaqəli 9855 fakt qeydə alınıb və 8632 nəfər məsuliyyətə cəlb olunub".

Son xəbərlər

Orphus sistemi