Elnur Seyidovun apellyasiya şikayəti təmin olunmayıb

Elnur Seyidovun apellyasiya şikayəti təmin olunmayıb Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib
Hadisə
8 Sentyabr , 2016 12:36
Elnur Seyidovun apellyasiya şikayəti təmin olunmayıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv olunmuş “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidovun xəstəliyi ilə əlaqədar azadlığa buraxılması barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Seyidovun apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, E.Seyidov Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələrlə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

E.Seyidov xəstəliyi ilə əlaqədar azadlığa buraxılması ilə bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun şikayətini təmin etməyib. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, E.Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

Son xəbərlər

Orphus sistemi