Əli Mirəliyev: “İlhamə Quliyevanın nəşi zəhərlənmə şübhəsinə görə ekspertiza olunur”

Əli Mirəliyev: “İlhamə Quliyevanın nəşi zəhərlənmə şübhəsinə görə ekspertiza olunur” Ekspertiza xalq artistinin ürək çatışmazlığından, yaxud zəhərlənmədən öldüyünə aydınlıq gətirəcək
Hadisə
25 Fevral , 2016 16:07
Əli Mirəliyev: “İlhamə Quliyevanın nəşi zəhərlənmə şübhəsinə görə ekspertiza olunur”

Bakı. 25 fevral. REPORT.AZ/ “İlhamə Quliyevanın nəşinin Patoloji Anatomiya Birliyinə ekspertizaya gətirilməsinə səbəb onun keçmiş köməkçisi Mehriban Hüseynova tərəfindən zəhərlənməsi ilə bağlı verdiyi açıqlama olub”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə İ.Quliyevanın qohumu, müğənni Əli Mirəliyev deyib.

O bildirib ki, ekspertiza İ.Quliyevanın ürək çatışmazlığından, yaxud zəhərlənmədən öldüyünə aydınlıq gətirəcək.

Qeyd edək ki, İlhamə Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi