​Əli Kərimlinin müşavirinin məhkəməsi başlayıb

​Əli Kərimlinin müşavirinin məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası dekabrın 28-nə təyin edilib
Hadisə
18 Dekabr , 2015 17:02
​Əli Kərimlinin müşavirinin məhkəməsi başlayıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Nərimanov Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Turqay Hüseynovun sədrliyilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 28-nə təyin edilib.

Qeyd edək ki, Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci maddəsinə tövsif olunub.

Son xəbərlər

Orphus sistemi