Elgiz Qəhrəmanın apellyasiya şikayəti təmin edilməyib

Elgiz Qəhrəmanın apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
18 Avqust , 2016 13:09
Elgiz Qəhrəmanın apellyasiya şikayəti təmin edilməyib

Bakı. 18 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Vətəndaş Həmrəyliyi Partiyası və NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, E.Qəhrəmanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, E.Qəhrəman avqustun 12-də saxlanılıb. Onun üzərinə baxış zamanı təmiz çəkisi 3,315 qram maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkarlanıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə E.Qəhrəman barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

O, 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi