​Ələt-Astara yolunda yanğınla nəticələnən yol qəzası baş verib

​Ələt-Astara yolunda yanğınla nəticələnən yol qəzası baş verib "Volkswagen” markalı minik avtomobili ilə “ZİL” toqquşub
Hadisə
22 İyun , 2015 05:21
​Ələt-Astara yolunda yanğınla nəticələnən yol qəzası baş verib

Bakı. 22 İyun. REPORT.AZ/ Ələt-Astara yolunun 149-cu km-də, Cəlilabad rayonu ərazisində "Volkswagen” markalı minik avtomobilinin “ZİL” markalı yük avtomobili ilə toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində “Volkswagen”in mühərrik hissəsində elektrik avadanlığı yanıb.

Minik avtomobilinin qalan hissəsi, yük avtomobili və banına yığılmış 2 ton ot bağlaması yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi