Lənkəranda ağır yol qəzası baş verib, iki nəfər ölüb - FOTO - YENİLƏNİB

Lənkəranda ağır yol qəzası baş verib, iki nəfər ölüb - FOTO - YENİLƏNİB Avtomobilin içərisindən meyitlərin biri çıxarılıb, digər meyitin çıxarılması üzrə iş davam etdirilir
Hadisə
4 Avqust , 2016 11:07
Lənkəranda ağır yol qəzası baş verib, iki nəfər ölüb - FOTO - YENİLƏNİB

Bakı. 4 avqust. REPORT.AZ/ Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub. "Report"un Cənub bürosunun xəbərinə görə, yol qəzası zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü Lənkəran sakini, 1986-cı il təvəllüdlü Famil Balarəhim oğlu İbadov və onun sərnişini Lerik rayonunun Bobogil kənd sakini Rasif Arif oğlu Bəndiyev hadisə yerində ölüblər.
"İVECO" markalı yük maşınının sürücüsü Lənkəran rayon sakini 1982-ci il təvəllüdlü Seymur Nizami oğlu Dadaşov hadisə zamanı yüngül xəsarət alıb.

*** 10:37

Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un cənub bürosunun məlumatına görə, hadisə Ələt -Astara magistralının 199-cu kilometrliyində, Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 Belə ki, "VAZ 2107" markalı, 90-RC-124 dövlət qeydiyyat nömrə nişanlı minik avtomaşını ilə “İveco” markalı, H 013-406  nömrə nişanlı yük maşını toqquşub.

Nəticədə, iki nəfər hadisə yerində dünyasının dəyişib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri deformasiyaya uğramış avtomobilin içərisindən meyitlərin birini çıxarıb, digər meyitin çıxarılması üzrə iş davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi