​Eldar Sabiroğlunun oğlu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olub - YENİLƏNİB

​Eldar Sabiroğlunun oğlu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olub - YENİLƏNİB O, ifadə verib
Hadisə
12 Fevral , 2016 16:10
​Eldar Sabiroğlunun oğlu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olub - YENİLƏNİB

İlk xəbər saat 15:08-də yayımlanıb

Bakı. 12 fevral. REPORT.AZ/ Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olub. "Report"un xəbərinə görə, bu barədə jurnalistlərə o, özü bildirib.

R.Səfərov idarədə barəsində aparılan cinayət işinin istintaqı ilə bağlı ifadə verib. İstintaq sirri olduğundan R.Səfərov jurnalistlərin ifadə ilə bağlı suallarını cavablandırmayıb.

O, sabah saat 12:00-da dəvət əsasında yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə gedəcək.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub.

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Son xəbərlər

Orphus sistemi