​Elçin Behbudovun həyat yoldaşının iddiası ilə bağlı məhkəmə iclası keçirilib

​Elçin Behbudovun həyat yoldaşının iddiası ilə bağlı məhkəmə iclası keçirilib "Elşad Həmidov məhkəməyə bacısını göndərdi"
Hadisə
2 Mart , 2016 15:01
​Elçin Behbudovun həyat yoldaşının iddiası ilə bağlı məhkəmə iclası keçirilib

Bakı. 2 mart. REPORT.AZ/ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin bir müddət əvvəl vəfat edən sədri Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudovanın həmin komitənin yeni sədri Elşad Həmidova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə "Report"a Elmira Behbudova məlumat verib.

O bildirib ki, E.Həmidov məhkəmə iclasına gəlməyib: "Elşad Həmidov məhkəmədə iştirak etmədi. Məhkəməyə onun yerinə Elşad Həmidovun bacısı və nümayəndəsi gəlmişdi. Buna baxmayaraq, məhkəmə prosesində çıxış etdim. İşlə bağlı lazım olan sənədləri məhkəməyə təqdim etdim. Hakimin verdiyi sualları da cavablandırdım. Növbəti proses isə martın 30-na təyin edildi".

Ötən il dekabrın 18-də İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin İdarə Heyətinin iclası keçirilib və iclasda Elmira Behbudovanın sədr seçilməsi barədə qərar qəbul olunub. E.Behbudova bildirib ki, komitənin keçmiş üzvü olmuş E.Həmidov sədr seçildiyini iddia edib: "Mən ötən il dekabrın 18-də komitə üzvlərinin iştirakı ilə keçirilən iclasda sədr seçildim. Lakin dekabrın 23-də Elşad Həmidov komitənin üzvü olmayan şəxlərlə iclas keçirib. Guya həmin iclasda o, komitəyə sədr seçilib. Biz iclasdan sonra sənədlərin təsdiq olunması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsinə müraciət etdik. Lakin idarədən bildirildi ki, sənədlər təsdiqlənməyəcək. Buna görə də mən Elşad Həmidovu məhkəməyə verdim. Əslində isə Elşad Həmidov heç rəsmi sənədlərdə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin üzvü də deyil. 2010-cü ildə rəhmətlik Elçin Behbudov onu komitədən kənarlaşdırdı. Elşad Həmidovun yaxınlarının xahişindən sonra Elçin Behbudov ona sadəcə yanında işləməyə icazə verdi. Lakin bu, rəsmi qaydada olmadı. Elşad Həmidovla bağlı Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Polis İdarəsinə, Baş Prokurorluğa müraciət etmişəm".

Son xəbərlər

Orphus sistemi