"EgyptAir": Radarlardan itən təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb

"EgyptAir": Radarlardan itən təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb Göyərtədə Misir, Fransa, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və İraq vətəndaşları olub
Hadisə
19 May , 2016 09:49
EgyptAir: Radarlardan itən təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb

Bakı. 19 may. REPORT.AZ/ Aralıq dənizi üzərində radarlardan itən "EgyptAir" şirkətinə məxsus təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb.

Bu barədə "Report"a "EgyptAir" şirkətindən məlumat verilib.

Məlumata görə, təyyarənin göyərtəsində Misirin 30, Fransanın 15, İraqın 2, Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin 1 vətəndaşı olub.

Xatırladaq ki, Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi MS804 reysi üzrə Parisdən Qahirəyə uçuş həyəta keçirən zaman radar ekranlarından itib. Təyyarənin göyərtəsində 66 sərnişin və ekipaj üzvləri olub.

Son xəbərlər

Orphus sistemi