“E-manat” ödəmə aparatından pul oğurlanıb

“E-manat” ödəmə aparatından pul oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Sentyabr , 2016 12:44
“E-manat” ödəmə aparatından pul oğurlanıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ “E-manat” ödəmə aparatından pul oğurlayan şəxs tutulub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonunda qeydə alınıb.

Məlumata görə, Fikrət İsmayılova məxsus mağazadan 690 manat pul və 4 müşahidə kamerası, habelə orada quraşdırılmış “E-manat” ödəmə aparatından 512 manat pul oğurlayan Masazır qəsəbə sakini Əflatun Bəhramov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi