Bakı. 17 yanvar. REPORT.AZ/ Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) dünən gecə keçirdiyi reyd zamanı 67 sürücü saxlanılıb. “Report” xəbər verir ki, saxlanılanların böyük əksəriyyəti sərxoş vəziyyətdə olub.
Həmin şəxslərdən 6-sı qadındır.
Həmçinin reyd zamanı 11 avtoxuliqan saxlanılıb.