Dülgərin barmaqları dəzgahda qalaraq kəsilib

Dülgərin barmaqları dəzgahda qalaraq kəsilib Yaralı xəstəxanaya çatdırılıb
Hadisə
29 İyul , 2015 17:50
Dülgərin barmaqları dəzgahda qalaraq kəsilib

Bakı. 29 iyul. REPORT.AZ/ Bərdədə dülgərin barmaqları dəzgahda qalaraq kəsilib. "Report"un məlumatına görə, hadisə taxta-şalban bazarında fəaliyyət göstərən sexdə baş verib.

Qapı-pəncərə ustası olan Ağdam rayon sakini İlham Fərmanovun əli ehtiyatsızlıqdan dəzgaha ilişib. Bu zaman dəzgahın mişarı onun iki barmağını aparıb.

Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Son xəbərlər

Orphus sistemi