​DSMF Sumqayıt Telekommunikasiya Qovşağını məhkəməyə verib

​DSMF Sumqayıt Telekommunikasiya Qovşağını məhkəməyə verib İddiaya Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
14 Oktyabr , 2015 12:52
​DSMF Sumqayıt Telekommunikasiya Qovşağını məhkəməyə verib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri Sığortaedənlərlə İş üzrə Departamenti Sumqayıt Telekommunikasiya Qovşağını məhkəməyə verib.

“Report”un məlumatına görə, DSMF-nin departamenti ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı üzrə borcun, cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasına dair tələb irəli sürüb.

İddiaya Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş üzrə Departamenti 2003-cü ildə məcburi dövlət sosial sığorta haqlarının toplanması işini yaxşılaşdırmaq və fondun idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yaradılıb.

Sumqayıt Telekommunikasiya Qovşağı Azərbaycan Respublikası Rabitə Nazirliyinin 1996-cı il tarixli əmri ilə yaradılıb. Müəssisə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sisteminə daxildir. “Aztelekom” İstehsalat Birliyinin müstəqil strukturlu təsərrüfat vahidi, müstəqil balansa malik, tam təsərrüfat hesabı və özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərir. Sumqayıt Telekommunikasiya Qovşağında 8 Avtomat Telefon Stansiyası mövcuddur.  

Son xəbərlər

Orphus sistemi