​DSMF-nin departamenti "Bakı Şərab-2" müəssisəsini məhkəməyə verib

​DSMF-nin departamenti "Bakı Şərab-2" müəssisəsini məhkəməyə verib Fondun departamenti ASC-yə borcun tutulmasına dair tələb irəli sürüb
Hadisə
10 Oktyabr , 2015 12:11
​DSMF-nin departamenti Bakı Şərab-2 müəssisəsini məhkəməyə verib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri sığortaedənlərlə iş üzrə Departamenti "Bakı Şərab-2" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

“Report”un xəbərinə görə, DSMF-nin departamenti ASC-yə borcun tutulmasına dair tələb irəli sürüb. Borcun məbləği açıqlanmayıb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş üzrə Departamenti 2003-cü ildə məcburi dövlət sosial sığorta haqlarının toplanması işini yaxşılaşdırmaq və fondun idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yaradılıb.

Ölkənin spirtli içki bazarında xüsusi çəkiyə və rola malik olan "Bakı Şərab-2" müəssisəsi "Bakı Şərab-1" ASC-nin nəzdində fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi