Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərinə baxılıb

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərinə baxılıb Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
29 Mart , 2016 08:44
Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərinə baxılıb

Bakı. 29 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsinə dövlətə xəyanətdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vəliyev Hafiz Ramiz oğlu və Ağamirov Ağamir Novruz oğlu barəsində olan hökmdən verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən H.Vəliyevlə A.Ağamirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələrilə ittiham olunublar.

2014-cü ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs ömürlük azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi