Dövlət Yol Polisi sığorta şirkətlərinə müraciət edib

Dövlət Yol Polisi sığorta şirkətlərinə müraciət edib Sürücülərin sığorta şirkətlərinə inamı olmalıdır
Hadisə
1 Sentyabr , 2016 13:27
Dövlət Yol Polisi sığorta şirkətlərinə müraciət edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ "Sürücüləri məsuliyyətə cəlb etməklə onların icbari sığortaya cəlb edilməsi problemini həll etməyəcək. Biz bunun tərəfdarı deyilik".

"Report" xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

"İcbari sığorta sistemini elə etmək lazımdır ki, sürücülərin də sığorta şirkətlərinə inamı artsın. Ən azı təbliğat aparmaq, onların şüuruna təsir edəcək maarifləndirmə tədbirləri görmək lazımdır. İkincisi, sürücülər sığorta şirkətlərinə inansalar, onlar arasında təbliğata ehtiyac olmayacaq. Bəzən gözləyirik ki, başımıza iş gəlsin sonra nə isə tədbir görək. Amma ən azı hərəkət iştirakçıları, sürücülərin könüllülük prinsipi olmaldır. Sürücü bilsə ki, hərəkət zamanı hər hansı bir hadisə olarsa, dəymiş maddi ziyan heç bir süründürməçiliyə yol verilmədən sığorta şirkəti tərəfindən ödəniləcək, sürücü özü bu növ sığortadan istifadə edəcək. Son zamanlar sığorta şirkətləri öz müştəriləri ilə asanlaşdırılmış şəkildə əlaqə qururlar. Artıq elektron qaydada da məlumat verirlər, vaxt da itirilmir. Hesab edirəm ki, sadəcə, sürücülərin sığorta şirkətlərinə inamı olmalıdır", - deyə V. Əsədov qeyd edib.

Buna baxmayaraq, V.Əsədov sürücülər arasında kasko sığortadan istifadə edənlərin sayında artım müşahidə olunduğunu açıqlayıb.

Onun sözlərinə görə, indiyə kimi icbari sığorta ilə bağlı 6 ay ərzində üçüncü şəxs qarşısında nəqliyyat vasitələrinin icbari sığorta etməyən təxminən 600-ə yaxın sürücülərə protokol yazılıb.

Son xəbərlər

Orphus sistemi