​Dövlət Komitəsinin “Azərfon”a qarşı apellyasiya şikayətinə baxılıb

​Dövlət Komitəsinin “Azərfon”a qarşı apellyasiya şikayətinə baxılıb Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb
Hadisə
12 Fevral , 2016 09:55
​Dövlət Komitəsinin “Azərfon”a qarşı apellyasiya şikayətinə baxılıb

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin “Azərfon” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Nurəddin Mustafayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. Dövlət Nəzarəti Xidmətinin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, “Azərfon” MMC Dövlət Nəzarəti Xidmətini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC aktın və qərarın ləğv edilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan Dövlət Nəzarəti Xidməti apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.  

Son xəbərlər

Orphus sistemi