Dövlət ittihamçısı məhkəmənin bəraət verdiyi şəxslərin həbsinə dair protest verib

Dövlət ittihamçısı məhkəmənin bəraət verdiyi şəxslərin həbsinə dair protest verib İşə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq
Hadisə
24 Sentyabr , 2016 11:43
Dövlət ittihamçısı məhkəmənin bəraət verdiyi şəxslərin həbsinə dair protest verib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakıda quldurluqda təqsirləndirilən Zahid İsmayılov və Elnur Əsədlinin barəsində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası sentyabrın 30-na təyn edilib.

İşə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Z.İsmayılov və E.Əsədli quldurluqda təqsirli bilinərək saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törəldildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törəldildikdə) maddəsi ilə ittiham olunub.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslər 2015-ci ildə Binəqədi rayon ərazisində marketdən 130 manat pulu quldurluq yolu ilə ələ keçiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində bəraət hökmü çıxarılıb. Onlar məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan prokuror apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi