Dövlət ittihamçısı bəraət alan şəxsin həbsinə dair protest verib

Dövlət ittihamçısı bəraət alan şəxsin həbsinə dair protest verib Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası sentyabrın 19-na təyin edilib
Hadisə
17 Sentyabr , 2016 15:11
Dövlət ittihamçısı bəraət alan şəxsin həbsinə dair protest verib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakıda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Samir Aydın oğlu Rzayevin barəsində olan bəraət hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası sentyabrın 19-na təyin edilib.

İşə hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, S.Rzayev Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

Bu il avqustun 4-də Səbail Rayon Məhkəməsin S.Rzayevin barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan Bakı Şəhər Prokurorluğu Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Tahir Vəliyev apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi