​Qıza görə dostunu öldürən şəxsə hökm oxunub

​Qıza görə dostunu öldürən şəxsə hökm oxunub Ədalət Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
7 Sentyabr , 2015 16:40
​Qıza görə dostunu öldürən şəxsə hökm oxunub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ədalət Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Belə ki, mübahisə etdiyi dostunu öldürən Ə.Əhmədov məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2014-cü ilin noyabrın 14-də Sabunçu rayonunda baş verən hadisə qız üstündə olub. Mübahisə nəticəsində Ə.Əhmədov dostu Kamil Bədəlovu qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Son xəbərlər

Orphus sistemi