Dostu ilə zarafatlaşan şəxs onu avtomobili ilə vurub

Dostu ilə zarafatlaşan şəxs onu avtomobili ilə vurub Dostunu vuran sürücü isə hadisə yerindən qaçıb
Hadisə
7 Sentyabr , 2016 12:40
Dostu ilə zarafatlaşan şəxs onu avtomobili ilə vurub

Goranboy. 7 sentyabr. REPORT.AZ/ Goranboy rayonunda idarə etdiyi avtomobili zarafatla dostunun üzərinə sürən sürücü onu vurub. Goranboy rayon Polis Şöbəsindən “Report”un Qərb bürosuna verilən məlumata görə, Dəliməmmədli şəhərində baş vermiş avtoqəza zamanı piyada, 1985-ci il təvəllüdlü Tural Rüstəmov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir. 

Zərərçəkmişin atasının polisə verdiyi məlumata görə, hadisəni oğlunun dostu olan Sadiq adlı şəxs törədib. Belə ki, o, idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən zarafatla yol kənarında dayanan T.Rustəmovun üzərinə sürüb. Oğlu avtomobilin önündən qaça bilməyib. Dostunu vuran sürücü isə hadisə yerindən qaçıb.

Baş vermiş hadisə ilə bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi