"Dostluq" parkı ərazisinin qanunsuz alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi təxirə salınıb

"Dostluq" parkı ərazisinin qanunsuz alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi təxirə salınıb Məhkəmənin növbəti iclası avqustun 30-na təyin olunub
Hadisə
22 Avqust , 2016 12:37
Dostluq parkı ərazisinin qanunsuz alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi təxirə salınıb

Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə təqsirləndirilən Famil Quliyev, Etibar Məmmədov və Tərlan Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi təxirə salınıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesin təxirə salınmasına səbəb təqsirləndirilən şəxslərdən birinin vəkilinin məhkəmədə iştirak etməməsi səbəb olub.

Məhkəmənin növbəti iclası avqustun 30-na təyin olunub.

Qeyd edək ki, "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Bundan sonra cinayət işi başlanılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlunu istintaqa cəlb ediblər. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.

Son xəbərlər

Orphus sistemi