DİN Zaqatalada baş verən dəhşətli hadisə ilə bağlı rəsmi məlumat yayıb

DİN Zaqatalada baş verən dəhşətli hadisə ilə bağlı rəsmi məlumat yayıb Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Araz Musayev tutulub
Hadisə
30 Noyabr , 2015 13:20
DİN Zaqatalada baş verən dəhşətli hadisə ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Zaqatalada baş verən dəhşətli cinayət hadisəsi ilə bağlı rəsmi açıqlama yayıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, noyabrın 28-də Zaqatala şəhərində şəhər sakini Araz Musayev münaqişə zəminində həmyerlisi Vüsal Bəşirovun qollarının bilək nahiyəsinə balta ilə xəsarət yetirib.

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Musayev tutulub.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi