DİN və Baş Prokurorluq Ağcabədidə baş vermiş qətl hadisəsinin üstünün açılması ilə bağlı rəsmi məlumat yayıb

DİN və Baş Prokurorluq Ağcabədidə baş vermiş qətl hadisəsinin üstünün açılması ilə bağlı rəsmi məlumat yayıb Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir
Hadisə
16 Fevral , 2016 15:03
DİN və Baş Prokurorluq Ağcabədidə baş vermiş qətl hadisəsinin üstünün açılması ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 16 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri üç ay əvvəl baş vermiş qətl hadisəsinin üstünün açılması ilə bağlı rəsmi məlumat yayıb. “Report”a daxil olan birgə məlumatda bildirilib ki, 22 oktyabr 2015-ci il tarixdə “Yuxarı Qarabağ” kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində rayon sakini Valeh İsmayılovun meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Ağcabədi rayon sakinləri - 1979-cu il təvəllüdlü Xəyyam Salahov və 1987-ci il təvəllüdlü Namiq Məmmədov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından, onlar fevralın 15-də tutularaq istintaqa cəlb olunublar.

İstintaqla müəyyən edilib ki, 17 oktyabr 2015-ci il tarixdə saat 07 radələrində X.Salahov N.Məmmədovla qabaqcadan əlbir olaraq tamah məqsədilə V.İsmaylovu sonuncuya məxsus “VAZ-21015” markalı avtomaşında əlləri ilə boğaraq öldürüb və üstündə olan pulunu ələ keçiriblər. Daha sonra cinayətin izini itirmək məqsədilə meyiti kanala atıblar.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi