DİN Qazaxda baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

DİN Qazaxda baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb Hadisəni törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Aqşin Mustafayev tutulub
Hadisə
24 Sentyabr , 2016 11:56
DİN Qazaxda baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Qazax şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. 

"Report"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 23-də Qazax şəhərində naməlum şəxs münaqişə zəminində rayon sakini Taleh Abdullayevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. T.Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb.

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Aqşin Mustafayev tutulub.

Son xəbərlər

Orphus sistemi