DİN jurnalist Günel Mövludun qardaşlarının saxlanılması barədə xəbərlərə münasibət bildirib

DİN jurnalist Günel Mövludun qardaşlarının saxlanılması barədə xəbərlərə münasibət bildirib Nazirlik: "Hal şahidlərinin iştirakı ilə üzərlərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb"
Hadisə
14 Oktyabr , 2015 11:38
DİN jurnalist Günel Mövludun qardaşlarının saxlanılması barədə xəbərlərə münasibət bildirib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) jurnalist Günel Mövludun qardaşlarının saxlanılması barədə yayılan məlumatları təsdiqləyib. 

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Report"a açıqlamasında deyib ki, dünən - oktyabrın 13-də polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar: "Hal şahidlərinin iştirakı ilə üzərlərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Hazırda hər iki faktla bağlı araşdırmalar aparılır".

Son xəbərlər

Orphus sistemi