DİN-in Baş İdarə rəisi: "Qəsdən sağlamlığa ağır və az ağır zərər vurmaların 70,4 faizi ailə münaqişəsi zəminində törədilib"

DİN-in Baş İdarə rəisi: "Qəsdən sağlamlığa ağır və az ağır zərər vurmaların 70,4 faizi ailə münaqişəsi zəminində törədilib" "Zorakılığa məruz qalmış şəxslərin polis sahə məntəqələrinə müraciət etməsinin asanlaşdırılması istiqamətində işlər davam etdirilib"
Hadisə
6 İyun , 2015 17:21
DİN-in Baş İdarə rəisi: Qəsdən sağlamlığa ağır və az ağır zərər vurmaların 70,4 faizi ailə münaqişəsi zəminində törədilib

Bakı. 6 iyun. REPORT.AZ/ Bu il Azərbaycanda ailə münaqişəsi zəminində törədilən cinayətlərin sayı açıqlanıb. "Report" xəbər verir ki, Daxili İşlər Nazirliyinin iyunun 6-da keçirilən kollegiya iclasında ailə-məişət münaqişəsi zəminində törədilən cinayətlərin qarşısının alınması sahəsində görülən işlər müzakirə olunub. 

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov bildirib ki, son il yarım ərzində respublika üzrə açılması təmin edilən qəsdən adam öldürmə və ona cəhdlərin 54,2 faizi, həmçinin qəsdən sağlamlığa ağır və az ağır zərər vurmaların 70,4 faizi ailə münaqişəsi zəminində törədilib. 

Onun sözlərinə görə, münaqişəli ailələr, qonşular və qohumlar arasında mülki öhdəçilik, qısqanclıq və s. səbəbdən olan uzunmüddətli ziddiyyətlərin aradan qaldırılması üçün zəruri profilaktik tədbirlər müəyyənləşdirilərək həyata keçirilib, müvafiq maarifləndirmə işlərində İctimai Şura üzvlərinin imkanlarından istifadə olunub: "Eyni zamanda, polis sahə məntəqələrinin işinin təkmilləşdirilməsi, əhali ilə əlaqələrin genişləndirilməsi, vətəndaşların, zorakılığa məruz qalmış şəxslərin polis sahə məntəqələrinə müraciət etməsinin asanlaşdırılması istiqamətində işlər davam etdirilib".

Son xəbərlər

Orphus sistemi