DİN İsmayıllıda baş verən ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb

DİN İsmayıllıda baş verən ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi araşdırma aparır
Hadisə
4 İyul , 2016 12:36
DİN İsmayıllıda baş verən ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 4 iyul. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) İsmayıllı rayonunun Qurbanəfəndi kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

“Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, iyulun 2-də saat 21 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndində Qəbələ rayon sakini Asim Alıyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilən sürücü və sərnişinləri, həmyerliləri Uğur Mürsəlov və Elbrus Həlimov orada ölüblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi