Nazirlik DYP maşınına ziyan vuran şəxs barədə məlumat yayıb

Nazirlik DYP maşınına ziyan vuran şəxs barədə məlumat yayıb Şahin Bəylərovdan 300 qramdan artıq narkotik vasitə olan heroin götürülüb
Hadisə
18 Fevral , 2016 14:04
Nazirlik DYP maşınına ziyan vuran şəxs barədə məlumat yayıb

Bakı. 18 fevral. REPOİRT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Yol Patrul Xidməti (YPX) avtomobilinin müxtəlif hissələrini çəkiclə sındıran şəxslə bağlı məlumat yayıb. "Report" xəbər verir ki, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb. Yol Patrul Xidməti avtomobilinin müxtəlif hissələrini çəkiclə sındırmış Bakı şəhər sakini Şahin Bəylərovdan 302,477 qr heroin götürülüb. Fevralın 17-də saat 14 radələrində Nərimanov rayonunun G.Qədirbəyova küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Bəylərov həmin ərazidə xidmət aparan “BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Ş.Bəylərov Nərimanov RPİ 18-ci PB əməkdaşları tərəfindən saxlanılmış və sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.

Son xəbərlər

Orphus sistemi