DİN: Bu ilin altı ayı ərzində Azərbaycanda 6 366 yol-nəqliyyat qəzası baş verib

DİN: Bu ilin altı ayı ərzində Azərbaycanda 6 366 yol-nəqliyyat qəzası baş verib Piyadaların vurulması ilə nəticələnən 135 hadisə aşkarlanıb, axtarışda olan 68 avtomobil saxlanılıb
Hadisə
8 İyul , 2016 17:09
DİN: Bu ilin altı ayı ərzində Azərbaycanda 6 366 yol-nəqliyyat qəzası baş verib

Bakı. 8 iyul. REPORT.AZ/ “102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ tədbirlərlə 2 759 hüquqazidd əməlin qarşısı alınıb, 2 022 cinayət işi başlanılıb”. 

“Report”un məlumatına görə, bunu daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov qurumun geniş Kollegiya iclasında məruzəsində deyib.

O bildirib ki, xidməti funksiyaların həyata keçirilməsində müasir iş metodlarının, o cümlədən informasiya texnologiyalarının tətbiqi də müsbət nəticələr verib: “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 162 cinayət açılıb, 6 366 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 135 hadisə aşkarlanıb, axtarışda olan 68 avtomobil saxlanılıb”.

Son xəbərlər

Orphus sistemi