DİN: Balakəndə oğurluqda təqsirləndirilən şəxs polis şöbəsində intihar edib

DİN: Balakəndə oğurluqda təqsirləndirilən şəxs polis şöbəsində intihar edib Xəstəxanaya yerləşdirilən Əziz Əhmədov fevralın 4-də saat 17 radələrində özünü oranın 3-cü mərtəbəsindən ataraq intihar edib
Hadisə
5 Fevral , 2016 14:51
DİN: Balakəndə oğurluqda təqsirləndirilən şəxs polis şöbəsində intihar edib

Bakı. 5 fevral. REPORT.AZ/ Balakəndə oğurluqda təqsirləndirilən şəxs polis şöbəsində intihar edib.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin yanvar ayı ərzində Katex kəndində yaşayan R.Hobolova, M.Nuriyevə və H.Dəlləyevə məxsus evlərdən 2040 manat, 1000 ABŞ dolları, 11000 rubl, 1 ədəd pnevmatik tir tüfəngi və qızıl əşyaları oğurlayan rayon sakinləri Əziz Əhmədov, Fəxri Əbəçiyev və İsmayıl Bulayev tutulub.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 11-də Zamir Baydarovun evinə girib onu tüfənglə hədələyərək 6000 manat aparmaları, həmçinin M.Nuriyevin evindən oğurluğu törədərkən diqqəti özlərindən yayındırmaq məqsədilə kənd sakinlərindən birinin həyətindəki ot tayasını yandırdıqları da müəyyən edilib. 

Saxlanılanlardan Əziz Əhmədov fevralın 2-də saat 06 radələrində Balakən Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində sağ qolunu sanitar qovşağın küncünə sürtərək özünə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Ə.Əhmədov fevralın 4-də saat 17 radələrində özünü oranın 3-cü mərtəbəsindən ataraq intihar edib. 

Son xəbərlər

Orphus sistemi