DİN Bakıdakı qətllə bağlı məlumat yayıb

DİN Bakıdakı qətllə bağlı məlumat yayıb Nadir İbrahimovu öldürən Rövşən Həsənov könüllü olaraq istintaqa təslim olub
Hadisə
28 Avqust , 2015 13:40
DİN Bakıdakı qətllə bağlı məlumat yayıb

Bakı. 28 avqust. REPORT.AZ/ Bakıda həmyerlisini tapança ilə öldürən şəxs könüllü olaraq istintaqa təslim olub.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Nadir İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

Hadisəni münaqişə zəminində törədən həmyerlisi Rövşən Həsənov könüllü olaraq Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi "Makarov" markalı tapançanı və patron darağını təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi