DİN Bakıda polis əməkdaşının yaralanması ilə bağlı rəsmi məlumat yayıb

DİN Bakıda polis əməkdaşının yaralanması ilə bağlı rəsmi məlumat yayıb Polisi yaralayan Yevgeni Antonovski tutulub, faktla bağlı araşdırmalar aparılır
Hadisə
26 Oktyabr , 2015 13:06
DİN Bakıda polis əməkdaşının yaralanması ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi 36-cı Polis Bölməsinin yaralanan əməkdaşı İltifat Bayramovla bağlı rəsmi məlumat yayıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, polisi yaralayan Yevgeni Antonovski tutulub.

Məlumata görə, oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşarkən onlardan biri odlu silahdan açdığı atəşlə İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk ediblər.

Görülən tədbirlərlə onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeni Antonovski tutulub və ondan kustar üsulla hazırlanmış tapança götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi