DİN Bakıda baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb

DİN Bakıda baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır
Hadisə
8 Dekabr , 2014 15:10
DİN Bakıda baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb. Report"un DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 7-də Binəqədi rayonu ərazisindən Biləsuvar rayon sakini Əminə Hüseynova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Binəqədi Rayon Polis İdarəsi (RPİ) 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Ə.Hüseynovanın qohumu - həmyerlisi, əvvəllər məhkum olunan  Alim Hüseynov tərəfindən törədilməsi müəyyən edilb. A.Hüseynov bıçaqladığı şəxsin əmisi oğludur.

 Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi