DİN Azərbaycan və Türkiyə vətəndaşlarından ibarət transmilli mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib

DİN Azərbaycan və Türkiyə vətəndaşlarından ibarət transmilli mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib Onlar vətəndaşlara 54732 manat məbləğində ziyan vurub
Hadisə
3 Mart , 2016 12:51
DİN Azərbaycan və Türkiyə vətəndaşlarından ibarət transmilli mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib

Bakı. 3 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Türkiyə vətəndaşı Mesut Uzunöz, Gürcüstan vətəndaşı Babək Qəribov və Azərbaycan vətəndaşı Rüfət Qüdrətlidən ibarət transmilli mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, onlar əlbir olaraq Türkiyə Respublikasında yaşayan Yaşar Baranın tapşırığına əsasən Azərbaycanda saxta "ucuzsepet.com" veb-saytını yaradıblar.

Dəstə üzvləri həmin səhifədə onlayn alış-veriş edən Türkiyədə fəaliyyət göstərən 11 bankın 74 müştərisinin kart hesablarına sonradan qanunsuz yolla daxil olaraq oradakı pul vəsaitlərini Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif banklarda adlarına açılan hesablara köçürüblər. Pul vəsaitləri Azərbaycanda nağdlaşdırılandan sonra yenidən Türkiyə Respublikasına göndərilib.

Bununla da saxlanılan şəxslərin zərərçəkənlərə ümumilikdə 54732 manat məbləğində ziyan vurduqları sübuta yetirilib.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi