DİN Astarada 2 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası haqda məlumat yayıb

DİN Astarada 2 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası haqda məlumat yayıb Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar
Hadisə
14 May , 2016 11:28
DİN Astarada 2 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası haqda məlumat yayıb

Bakı. 14 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Astarada 2 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası haqda rəsmi məlumat yayıb. 

"Report" DİN-in rəsmi saytına istinadən xəbər verir ki, mayın 13-də saat 10 radələrində Astara rayonunun Çayoba kəndində Xaçmaz rayon sakini Vüsal Xudaverdiyevin idarə etdiyi “KamAZ” və Astara rayon sakini Qalib Əliyevin idarə etdiyi “Mercedes-Benz” markalı (mikroavtobus) avtomobillər toqquşub, hər iki avtomobil aşıb, V.Xudaverdiyev hadisə yerindən qaçıb. 

Nəticədə Q.Əliyevin sərnişinlərindən rayon sakinləri Yeganə Əliyeva və Ramil Quliyev hadisə yerində ölüb, digər 9 sərnişini xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Xudaverdiyev tutulub. 

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi