​Azərbaycanda deputatın yaxın qohumları qəzaya düşüb: bir nəfər ölüb, bir nəfər yaralanıb

​Azərbaycanda deputatın yaxın qohumları qəzaya düşüb: bir nəfər ölüb, bir nəfər yaralanıb Sabir Rüstəmxanlının bacısının vəziyyətinin ağır olduğu bildirilir
Hadisə
11 Fevral , 2015 17:19
​Azərbaycanda deputatın yaxın qohumları qəzaya düşüb: bir nəfər ölüb, bir nəfər yaralanıb

Bakı. 11 fevral. REPORT.AZ/ Yardımlı-Masallı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, “Toyota-Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində sərnişinlərdən biri -“Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunun həyat yoldaşı Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerindəcə ölüb.

Digər sərnişin, deputat Sabir Rüstəmxanlının bacısı İlahə Xudu qızı Əliyeva ağır xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə onlar S.Rüstəmxanlı və Ş.Xuduoğlu qardaşlarının əmisinin yas mərasimindən qayıdarkən baş verib.

Son xəbərlər

Orphus sistemi