​Deputatın şirkəti DSMF-yə qarşı 64 min manatlıq iddia qaldırıb

​Deputatın şirkəti DSMF-yə qarşı 64 min manatlıq iddia qaldırıb Hazırda iş üzrə məhkəmə çəkişməsi davam edir
Hadisə
25 İyul , 2015 15:12
​Deputatın şirkəti DSMF-yə qarşı 64 min manatlıq iddia qaldırıb

Bakı. 25 iyul. REPORT.AZ/ “Azəraqrartikinti” ASC Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamentini məhkəməyə verib. “Report”un xəbərinə görə, ASC 63 700 manat borc üzrə öhdəliyə xitam verilməsini və borcun silinməsinin cavabdehə həvalə edilməsini tələb edir.

Hazırda iş üzrə məhkəmə çəkişməsi davam edir.

Qeyd edək ki, “Azəraqrartikinti” ASC-nin sədri deputat Ağalar Vəliyevdir.

Son xəbərlər

Orphus sistemi