Deputat vətəndaşa qarşı məhkəmə iddiasını geri götürüb

Deputat vətəndaşa qarşı məhkəmə iddiasını geri götürüb Məhkəmə işə xitam verib
Hadisə
31 Avqust , 2016 10:19
Deputat vətəndaşa qarşı məhkəmə iddiasını geri götürüb

Bakı. 31 avqust. REPORT.AZ/ Səbail Rayon Məhkəməsində deputat Rüfət Quliyevin vətəndaş Nuranə Səfərovaya qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.

Bu barədə "Report"a vəkil Kamandar Nəsibov məlumat verib.

Onun sözlərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, mülki iş üzrə icraata xitam verilib: "Avqustun 29-da Rüfət Quliyevin oğlu, həmin pulun sahibi Toğrul Rüstəmzadə ilə mərhum Namiq Səfərovun ailəsi arasında Məhkəmədənkənar Barışıq Sazişi imzalanıb. Sazişə əsasən, Nuranə Səfərova ərinin həqiqətən Toğrul Rüstəmzadəyə borclu olduğunu və bu məbləğdən 80 min ABŞ dolları ödəməyi öhdəsinə götürüb. Toğrul Rüstəmzadə də həmin məbləğlə razılaşıb. Buna görə də Rüfət Quliyev iddia ərizəsini geri götürüb. Məhkəmə də mülki iş üzrə icraata xitam verdi".

Qeyd edək ki, deputat R.Quliyev 2015-ci ilin martında dünyasını dəyişmiş Namiq Səfərovun həyat yoldaşı Nuranə Səfərovanı məhkəməyə verib. Deputat iddia ərizəsində bildirib ki, 2011-ci ildə N.Səfərovla aralarında öhdəlik müqavilələri bağlanıb. Həmin müqavilələrə əsasən, aylıq 8-10 faiz olmaqla, N.Səfərova ümumilikdə 81 min 850 dollar verib. R.Quliyev 2014-cü ildə verdiyi pulu və faizləri tələb edərək, N.Səfərovun həyat yoldaşı Nuranə Səfərovadan pulunu tələb edib. Deputat mərhum dostunun ailəsindən 81 min 850 dollar əsas borc, 246 min 800 dollar da faiz olmaqla, ümumilikdə 328 min 650 dollar pul tələb edirdi.

Son xəbərlər

Orphus sistemi