Azərbaycanda dəm qazından iki nəfər zəhərlənib

Azərbaycanda dəm qazından iki nəfər zəhərlənib Hadisələrlə bağlı araşdırmalar aparılır
Hadisə
11 Dekabr , 2014 13:23
Azərbaycanda dəm qazından iki nəfər zəhərlənib

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanda dəm qazından iki nəfər zəhərlənib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayan Xatirə Məmmədova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb. 

Həmçinin, Gəncə şəhərində də dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Gəncə şəhər sakinləri Lalə İbrahimova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi