Dələduzluqda və mənimsəmədə təqsirləndirilən şirkət direktorunun məhkəməsi davam etdirilib

Dələduzluqda və mənimsəmədə təqsirləndirilən şirkət direktorunun məhkəməsi davam etdirilib Məhkəmənin baxış iclası sentyabrın 19-na təyin olunub
Hadisə
5 Sentyabr , 2016 17:46
Dələduzluqda və mənimsəmədə təqsirləndirilən şirkət direktorunun məhkəməsi davam etdirilib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən şirkət direktoru Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

Zərərçəkmiş Ulduz Məmmədova ifadəsində 2014-cü ilin noyabr ayında təqsirləndirilən Ə.Cəfərov onun evini satdığını deyib: "Əkbər bu pulu 3 gün müddətində qaytarılacağın bildirdi. Evi 30 min manata satıblar, lakin bizə hələ də evin pulunu verməyiblər".

Digər zərərçəkmişlər də Ə.Cəfərov tərəfindən evlərinin bir neçə nəfərə satıldığını qeyd ediblər.

Zərərçəkmiş Rafiq Məmmədovun sözlərinə görə, Ə.Cəfərova 2013-cü ildə 39 min manat pul verərək, mənzil alıb.

Məhkəmənin baxış iclası sentyabrın 19-na təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, "AENT-E" MMC-nin direktorunun qanunsuz əməlləri barədə Xətai rayon məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin direktoru Ə.Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr müəyyən olunub.

Ə.Cəfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi